Rumıniyalı hakim üçün mövsüm bitdi -    1/4 final matçından sonra

Rumıniyalı hakim üçün mövsüm bitdi - 1/4 final matçından sonra

00:16 - 10 Aprel 2026
💬 0

Istvan Kovaçs bu mövsüm artıq UEFA Çempionlar Liqası oyunlarını idarə etməyəcək.

Sportal.az xəbər verir ki, "Barcelona"nın “Diario Sport”a görə verdiyi şikayətdən sonra UEFA 41 yaşlı rumıniyalı hakimi “Barselona” – "Atletiko"(Madrid) (0:2) matçından sonra turnirdən kənarlaşdırmaq qərarı verib.

Məlumata əsasən, katalon klubun narazılığı oyunda baş verən bir epizodla bağlı olub: “Atletiko”nun müdafiəçisi Marc Pubill cərimə meydançası daxilində əli ilə topa toxunaraq onu dayandırsa da, penalti təyin edilməyib.

Paylaş:

Şərhlər (0)

Şərh yazmaq üçün daxil olun

Hələ şərh yoxdur