"Liverpul" adı "Real"la hallanan futbolçunu komandada saxlamaq istəyir

"Liverpul" adı "Real"la hallanan futbolçunu komandada saxlamaq istəyir

22:25 - 9 Aprel 2026
💬 0

Ibrahima Konate böyük ehtimalla "Liverpul"la yeni müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, tərəflər razılaşmanın uzadılmasına xeyli yaxınlaşıb. Hələ yekun razılıq əldə olunmasa da, klub daxilində müqavilənin imzalanacağına inam yüksəkdir.

Qeyd olunur ki, Konatenin "Real"la əlaqələri hələ noyabr ayında dayanıb.

Cari mövsümdə fransız müdafiəçi Premyer Liqada 29 oyunda iştirak edib və 1 qol vurub.

Paylaş:

Şərhlər (0)

Şərh yazmaq üçün daxil olun

Hələ şərh yoxdur