
"Roma" 73 yaşlı məşqçi ilə anlaşdı - RƏSMİ
0
İtaliyanın "Roma" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Klaudio Ranyeri çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
73 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Klaudio Ranyeri əvvəl, 2009-2011 və 2019-cu ilin martından iyununa qədər “Roma”ya rəhbərlik edib.



