Rəşad Eyyubov: "Uduzmuşuqsa, deməli pis oynamışıq"

Rəşad Eyyubov: "Uduzmuşuqsa, deməli pis oynamışıq"

 
0

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2027-nin seçmə mərhələsinin oyununda Bakıda Portuqaliyaya 0:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Rəşad Eyyubov matçdan sonra təşkil olunan brifinqdə sualları cavablandırıb:

- Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. İkinci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı. Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Birinci hissəyə görə oyunçulara təşəkkür edirəm. İkinci yarıda isə yaxşı oynamadıq

- Sizcə, millimiz Portuqaliya ilə səfərdəki oyunda yaxşı oynamışdı, yoxsa evdə?

- Uduzmuşuqsa, deməli pis oynamışıq.

- İlk oyunda rəqib 5 qol vurmuşdu, bu gün isə 4 dəfə fərqləndilər. Bu, inkişafdır?

- Neqativ inkişaf olmur.

- Birinci hissədə hesab açılmadı. İkinci yarıda isə rəqib qollar vurmağa başladı. Bunu nə ilə əlaqələndirirsiz?

- İlk növbədə intensivliklə bağlıdır. Bu tempə uyğunlaşmaq bir az çətindir. Ona görə də gücümüz birinci hissəyə yetərli oldu. Rəqib intensivlik baxımından bizdən üstün idi.

- Komandadan daha artığını gözləyirdiz?

- Oyunçuları fiziki baxımdan optimal vəziyyətə gətirməyə çalışdıq. Amma yetərli olmadı.

- Hava şəraiti oyuna təsir etdi?

- Şərtlər iki komanda üçün də eyni idi.

- Hücum baxımından komandadan razı qaldız?

- Qol buraxmırsansa, oyun 0:0 hesabı ilə başa çatır və 1 xal qazanırsan.

Elçin Əlixan

PaylaşPaylaş

Şərhlər yüklənir...