
Şotlandiya yığmasının sabiq üzvü Azərbaycanda qala bilər - onunla maraqlanan klublarımız var
0
"Karvan-Yevlax"ın futbolçusu Kayl Spens yeni mövsümə də Azərbaycan Premyer Liqasında başlaya bilər.
Sportal.az saytına verilən məlumata görə, onun komandası liqanı tərk etsə də, Spensin Azərbaycanda qalmaq ehtimalı yüksəkdir.
Belə ki, Spensə Premyer Liqamızda yarışan iki klubdan maraq göstərir.
Şotlandiyanın aşağı yaş qruplarından ibarət yığma komandalarında da oynamış 29 yaşlı futbolçu da Azərbaycanda qalmaq istəyir.
Onun "Karvan-Yevlax"la müqavilə müddəti mövsümün sonunda bitəcək.
Spens indiyə qədər "Koventri"(İngiltərə), "Valdres", "Alta"(hər ikisi Norveç), "Hegelmann"(Litva), "FSV Frankfurt"(Almaniya), "Velez"(İspaniya), "Qzira Yunayted"(Malta), "Kolrayn"(Şimali İrlandiya) klublarında oynayıb.



