Renat Dadaşov oynadı, "Ankaragücü" qalib gəldi

Renat Dadaşov oynadı, "Ankaragücü" qalib gəldi

 
0

Türkiyə 1-ci Liqasında 18-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" doğma meydanda "Keçiörengücü"nü qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 82-ci dəqiqədə Kevin Varqanın əvəzinə meydana daxil olub.

Xallarını 27-yə yüksəldən "Ankaragücü" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...