
Renat Dadaşov: "Fransa fərqli səviyyədir, əlimizdən gələni etdik"
0
Azərbaycan milli futbol komandasının hücumçusu Renat Dadaşov DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Bakıda Fransaya 1:3 hesablı məğlubiyyəti şərh edib.
Fransaya vurulan yeganə qolun sahibi olan Dadaşov Sportal.az saytına açıqlamasında bu cür danışıb:
"Çətin idi. Fransa artıq fərqli səviyyədir. Meydanda əlimizdən gələni etdik. Mübarizə apardıq və çox çalışdıq. Qol vurduqdan sonra fransızların bərabərlik qazanmaq üçün əllərindən gələni etmələri normaldır. Artıq klublarımıza qayıdırıq, daha çox oynamalı və inkişaf etməliyik ki, mart ayında milli komandaya yaxşı formada qayıda bilək".
Mirbağırağa



