
"Real"ın baş məşqçisi: "Almaniyaya qalib gələ biləcəyimizə inanaraq gedirik"
“Real”ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının 1 /4 finalının ilk oyununda evdə “Bavariya”ya 1:2 hesablı məğlubiyyəti şərh edib.
Sportal.az xəbər verir ki, UEFA-ya danışan ispan mütəxəssis Almaniyadakı görüşdə geri dönüş edə biləcəklərinə inandıqlarını deyib:
"Oyunçularımı hücum etməyə və inamlarını qorumağa davam etdiklərinə görə tərifləmək istəyirəm. Almaniyaya qalib gələ biləcəyimizə inanaraq gedirik. Müzakirə etdiyimiz vəziyyətlər baş verdi. Müdafiədən ötürmə edərkən və rəqib təzyiq göstərərkən çox diqqətli olmalı, topu düzgün şəkildə qorumalısan, çünki bu, oyunun çox təhlükəli mərhələsidir. Çox vaxt ən vacib şey belə komandaya qarşı pis mövqedə topu itirməkdir. Düşünürəm ki, bu matçda "Bavariya" haqqında çox şey öyrəndik. Daha çox qol vura və daha yaxşı nəticə əldə edə bilərdik".



