"Qalatasaray" Hacini transfer etmək istəyir

"Qalatasaray" Hacini transfer etmək istəyir

 
0

Rumıniya millisinin və “Alanyaspor”un futbolçusu Yanis Haci transfer iddiaları yenidən gündəmdədir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray” mövsümün sonunda oyunçunu heyətinə qatmaq niyyətindədir.

“Sarı-qırmızılar” artıq futbolçunun vəziyyətini yaxından izləyir və yay transfer pəncərəsində rəsmi addım atmağa hazırlaşır.

Yanis 2027-ci il iyunun 30-na qədər “Alanyaspro”a məxsusdur. Klub rəhbərliyinin yaxın aylarda bu məsələ ilə bağlı danışıqlara başlaması gözlənilir.

Qeyd edək ki, Yanis Haci “Qalatasaray”ın əfsanəsi olan Georgi Hacinin oğludur. Yanis “Vitorul”, “Fiorentina”, “Genk”, “Reyncers”, “Alaves” klublarının formasını geyinib.

PaylaşPaylaş

Şərhlər yüklənir...