"Real"ın argentinalı futbolçusu sıradan çıxdı

"Real"ın argentinalı futbolçusu sıradan çıxdı

 
0

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhənginin futbolçusu Franko Mastantuono sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı vingerə qasıq sümüyü iltihabı diaqnozu qoyulub. 28 yaşlı ön xətt oyunçusunun müalicəsinə başlanılıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

Qeyd edək ki, "Real" Franko Mastantuononu mövsümün əvvəlində "River Pleytd"dən 45 milyon avroya transfer edib. Argentina millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...