Qurban Qurbanov Montieli fərqli mövqedə sınadı -    bu sistemdə Zubir də özünü rahat hiss edir

Qurban Qurbanov Montieli fərqli mövqedə sınadı - bu sistemdə Zubir də özünü rahat hiss edir

 
0

Qurban Qurbanov mətbuat konfranslarında Joni Montiellə bağlı sualları cavablandırarkən, onun universal futbolçu olmasını özəlliklə vurğulayırdı. Müasir futbolun yüklənmə, stres, zədə və cəzalarla bol olduğu vaxtlarda bir neçə mövqedə oynamağı bacaran oyunçulara malik olmaq məşqçilər üçün əlavə üstünlükdür. Adətən belələrini tapmaq çətin olur.

Məhz buna görə də, Qurban Qurbanov Montiellə bağlı bu məqamı xüsusi olaraq qabardırdı. İspan futbolçu zədəsini sağaldıb oynamağa başlayandan onu daha çox dayaq yarımmüdafiəçisi mövqeyində müşahidə edirdik. Nəinki ilk oyunu, topa elə ilk toxunuşu onun üst səviyyə keyfiyyətlərə malik futbolçu olduğunu görməyə kifayət etmişdi.

Dünən "Qarabağ" Antalya toplanışında üz-üzə gəldiyi Özbəkistan "Neftçi"sini 5 cavabsız qolla məğlub eləyib. Gedişatdan da aşkar görünüb ki, rəqib "Qarabağ"la başabaş oynamaq gücündə olan komanda deyil. Bu görüşün maraqlı tərəfi Qurban Qurbanovun Montieli meydana fərqli mövqedə buraxması olub. Qurbanov toplanışda ispan futbolçudan gözlədiyini ala bilsə, böyük ehtimalla "Ayntraxt"la Çempionlar Liqasında dünənki start heyət meydana çıxacaq.

"Neftçi" ilə görüşdə Bikalyo və Yankoviç öz yerlərində oynadı, Montiel hücumun arxasında yer aldı. Belədə, Zubir adət etdiyi sol cinahda qərarlaşdı. Andrade sağda, Duran hücumda. Dünənki rahat oyunla qiymət vermək çətin olsa da, Montiel tərzinə uyğun gələn şəkildə çıxış edirdi.

Bu düzülüş Zubirə də rahatlıq verir. Kadinin zədələnməsindən sonra məcburiyyətdən hücumun arxasında oynamalı olan Zubir effektiv ola bilmirdi. Montiel həmin mövqedəki boşluğu doldursa, Zubir də cinaha çəkilib öz oyununu oynamağa çalışacaq.

Fikrət

PaylaşPaylaş

Şərhlər yüklənir...