
"Qurban Qurbanov kişilik nümunəsidir" - Aleksey İsayev
0
"Qarabağ"ın və Azərbaycan milli komamdasının futbolçusu Aleksey İsayev Rusiya mətbuatına geniş müsahibə verib. Sportal.az xəbər verir ki, "Qarabağ"lı suallara cavab verən İsayevdən Qurban Qurbanovla bağlı da soruşublar:
- Qurban Qurbanov Azərbaycan futbolunun əfsanəsidir?
- Əfsanədir, həm də böyük insandır. Məndən inciməsin, amma deyəcəm, Qurban Qurbanov Azərbaycan futbolunun nəhəngidir. O, kişilik nümunəsidir. Biz ondan hər gün həm meydanda, həm meydandan kənarda özümüzü necə aparmalı olduğumuzu öyrənirik.



