"Qarabağ"la "Kayrat"ı müqayisə etdi:    "Azərbaycan klubunun sistemi mənə çox xoş gəlir"

"Qarabağ"la "Kayrat"ı müqayisə etdi: "Azərbaycan klubunun sistemi mənə çox xoş gəlir"

 
0

"Neftçi"nin sabiq müdafiəçisi Mamadu Mbodj "asnews.kz" saytına müsahibə verib.

Sportal.az xəbər verir ki, "Ordabası"da da çıxış etmiş seneqallı futbolçu Qazaxıstan və Azərbaycan futbolunu müqayisə edib. Hazırda  Vyetnamın “Thanh Hoa” klubunun formasını geyinən 32 yaşlı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırırıq:

- Qazaxıstanda transfer dəyərin 600 min avroya çatmışdı. Bu, karyeranın zirvəsi idi?

- Mənim pik dövrüm “Neftçi”də olub. Çempion olduq, bütün oyunlarda iştirak etdim və Çempionlar Liqasına vəsiqə qazandıq. Komanda Avrokuboklarda davam edə bilməsə də, həmin dövr mənim üçün ən yaxşısı idi.

- “Kayrat”ın avrokuboklardakı uğurunu necə dəyərləndirirsən?

- “Kayrat” top-klubdur. Çempionlar Liqasındakı çıxışları ilə Qazaxıstanın bir nömrəli klubu olduqlarını sübut etdilər. “Astana” ustalıq baxımından rəqabət apara bilər, amma mentalitet baxımından “Kayrat” üstün görünür. Düşünürəm ki, buna heç kim etiraz etməz. Ustalığa görə “Astana” rəqabət apara bilir, çünki heyətinə təcrübəli futbolçular cəlb edir. Lakin mentalitet baxımından “Kayrat”a çatmırlar.

- Biz tez-tez Qazaxıstan və Azərbaycan klublarını müqayisə edirik. Niyə “Qarabağ” Çempionlar Liqasında “Kayrat”dan xeyli daha uğurlu çıxış etdi?

- Burada təcrübə həlledici rol oynayır. “Qarabağ”ın avrokuboklarda nə qədər tez-tez iştirak etdiyinə baxın. Onlar ardıcıl beş il oynayırlar, “Kayrat” isə beş ildə bir dəfə. Amma builki nailiyyəti yaxın on ildə heç biri təkrarlaya bilməz. Onlar “Kayrat”la birlikdə öz potensiallarını göstərə bildilər. Azərbaycan klubunun sistemi mənə çox xoş gəlir. “Qarabağ”a qarşı nə qədər oynamışamsa, orada həmişə eyni baş məşqçi və eyni əsas heyət olub. Hər il cəmi iki-üç futbolçu əlavə edirlər və komandanın onurğası formalaşıb.

- 2020/2021 mövsümündə onlara qarşı dramatik oyun olmuşdu, elə deyilmi?

- “Neftçi” çempionatın son turunda “Qarabağ”la qarşılaşdı. Onlara qızıl medallar üçün 1 xal kifayət edirdi, bizə isə yalnız qələbə lazım idi. 90-cı dəqiqədə vurduğumuz yeganə qolla kuboku qazandıq.

Açığı, əlavə vaxtda rəqib qol vurmalı, hətta penalti də qazanmalı idi. Amma xoşbəxtlikdən hakim buna reaksiya vermədi (gülür). Məhz buna görə də “Qarabağ”ın nə qədər güclü komanda olduğunu çox yaxşı anlayıram.

PaylaşPaylaş

Şərhlər yüklənir...