
"Qarabağ"ın U-15-ləri turnirdə ilk oyununa çıxdı
0
"Qarabağ"ın U-15 komandası "Junior World Cup Antalya" turnirində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi "Fulhem"lə qarşılaşıb.
Oyunda hesabı Rauf Əliyevin yetirmələri açıb. Lakin İngiltərə klubu ardıcıl 3 qol vurmağı bacarıb.
Bununla da, təmsilçimiz turnirə məğlubiyyətlə başlayıb.



