"Qarabağ"ın "Turan Tovuz", "Sabah"ın "Zirə" qarşısında üstünlüyü

"Qarabağ"ın "Turan Tovuz", "Sabah"ın "Zirə" qarşısında üstünlüyü

 
0

Gələn həftə Misli Premyer Liqasında VIII turun matçları keçiriləcək. Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra baş tutacaq turun matçları üç günü əhatə edəcək.

Sportal.az Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.

Misli Premyer Liqası

VIII tur

17 oktyabr (cümə)

“Şamaxı” - “Kəpəz” – 38 oyun, +19=10-9, top fərqi 62-38

“Kəpəz” son üç oyunun hərəsində bir qol vurub. Gəncə klubu son 8 səfərdə rəqib meydanından qolsuz dönmür.

“Turan Tovuz” - “Qarabağ” – 12 oyun, +2=2-8, top fərqi 13-28

“Qarabağ” səfərdə uduzmayıb. Son dörd matçda qonaq olan komanda xal qazanıb.

18 oktyabr (şənbə)

“İmişli” - “Qəbələ”  - indiyədək qarşılaşmayıblar

“Sumqayıt” – “Karvan-Yevlax”  - indiyədək qarşılaşmayıblar

19 oktyabr (bazar)

“Sabah” - “Zirə” – 27 oyun, +10=9-8, top fərqi 32-29

“Zirə” son 5 oyunda uduzmayıb. Son üç matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

“Neftçi” - “Araz-Naxçıvan” – 12 oyun, +4=4-4, top fərqi 23-8

“Araz-Naxçıvan” son 4 qarşılaşmada uduzmayıb. Son iki görüşdə hər iki komanda qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...