"Qarabağ"ın "Sumqayıt", "Şamaxı"nın "Sabah" qarşısında üstünlüyü

"Qarabağ"ın "Sumqayıt", "Şamaxı"nın "Sabah" qarşısında üstünlüyü

 
0

Bu həftə Misli Premyer Liqasında II turun oyunları keçiriləcək. Turun matçları üç günü əhatə edəcək.

Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.

Misli Premyer Liqası

II tur

22 avqust

“İmişli” - “Neftçi” – indiyədək qarşılaşmayıblar

“Qarabağ” - “Sumqayıt” – 51 oyun, +39=5-7, top fərqi 126-123

“Qarabağ” son 4 qarşılaşmada quru hesabla qalib gəlib. Ağdam klubu evdəki 26 oyunun hamısında qol vurub.

* - texniki nəticə top fərqində nəzərə alınmayıb.

23 avqust

“Kəpəz” - “Karvan-Yevlax” – indiyədək qarşılaşmayıblar

24 avqust

“Turan Tovuz” - “Araz-Naxçıvan” – 8 oyun, +5=1-2, top fərqi 12-5

“Turan Tovuz” bütün ev oyunlarında qol vurub. Son üç görüşdə 2-dən çox qol qeydə alınmayıb.

“Şamaxı” - “Sabah” – 22 oyun, +8=7-7, top fərqi 26-24

“Şamaxı” son 4 görüşdə qol sevinci yaşayıb. Son 7 qarşılaşmada meydan sahibi olan komanda duuzmayıb.

25 avqust

“Qəbələ” - “Zirə” – 35 oyun, +12=15-8, top fərqi 40-33

“Zirə” son üç matçda uduzmayıb. “Qəbələ” son 15 ev oyununda məğlub olmayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...