"Qarabağ"ın rəqibi "Vest-Hem"in oyunçusu ilə gücləndi

"Qarabağ"ın rəqibi "Vest-Hem"in oyunçusu ilə gücləndi

 
0

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şelburn” yeni hücumçu ilə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, İrlandiya çempionu 19 yaşlı Şon Murla güclənib.

Onun son klubu isə “Vest-Hem”in ikinci komandası olub.

Xatırladaq ki, "Qarabağ" - "Şelburn" cavab oyunu (ilk oyun - 3:0) iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və oyuna saat 20:00-da start veriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...