
"Qarabağ"ın rəqibi "Malyorka"ya qalib gəldi
0
İspaniya La Liqasında 8-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Atletik" doğmaa meydanda "Malyorka"nı qəbul edib. Qarşılaşma Bilbao təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 13-ə yüksəldən "Atletik" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 5 xalı olan "Malyorka" isə sonuncu yerdədir.
Qeyd edək ki, "Atletik" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun oktyabrın 22-də "San Mames"də baş tutacaq.
"Atletik" - "Malyorka" 2:1
Qollar: İnaki Villiams, 9 (pen), Reqo Mora, 82 - Samu Kosta, 77