
"Qarabağ"ın "Neftçi", "Zirə"nin "Sumqayıt" qarşısında üstünlüyü
Bu həftə Misli Premyer Liqasının XXXI turunun oyunları keçiriləcək. Turun matçları üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XXXI tur
18 aprel (cümə)
“Araz-Naxçıvan” – “Turan Tovuz” – 7 oyun, +2=0-5, top fərqi – 4-11
Son iki oyunun hərəsində 1 qol vurulub. “Araz-Naxçıvan”ın ev oyunlarında qol vuran komanda qələbə qazanıb.
19 aprel (şənbə)
“Qarabağ” – “Neftçi” – 98 oyun, +44=31-23, top fərqi – 137-84
“Qarabağ” ardıcıl 8 qələbə qazanıb. 4 matçdır qol virmayan “Neftçi” 15 görüşdür qalib gəlmir.
* - neytral meydanda keçirilib.
** - texniki nəticə top fərqində nəzərə alınmayıb.
“Sabah” – “Səbail” – 26 oyun, +13=6-7, top fərqi – 38-21
“Sabah” 4 oyundur uduzmur. “Səbail” son iki qarşılaşmada qol vurmayıb.
20 aprel (bazar)
“Şamaxı” – “Kəpəz” – 37 oyun, +18=10-9, top fərqi – 60-37
“Şamaxı” son 2 matçda qalib gəlməyib. “Kəpəz” son 4 səfərdə uduzmayıb.
“Zirə” – “Sumqayıt” – 38 oyun, +21=11-6, top fərqi – 53-23
“Zirə” 18 oyundur uduzmur. “Sumqayıt” son 3 oyunda məğlub olub.



