
"Qarabağ"ın "Kəpəz", "Zirə"nin "Neftçi" qarşısında üstünlüyü
Misli Premyer Liqasında 2025/26 mövsümünün ikinci hissəsi start götürəcək. 2026-cı il XVII turun oyunları ilə başlayacaq. Qış fasiləsindən sonrakı tur üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XVII tur
23 yanvar (cümə)
“Neftçi” – “Zirə” – 39 oyun, +14=10-15, top fərqi 46-43
“Zirə” son 6 oyunu qolsuz tərk etməyib. Son 4 matçda üç və ya daha çox top vurulub.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
“İmişli” - “Araz-Naxçıvan” – 1 oyun, +0=0-1, top fərqi 0-2
Cari mövsümə təsadüf edən yeganə dueldə Naxçıvan təmsilçisi qələbə qazanıb. Premyer Liqanın debütantı qol vurmayıb.
24 yanvar (şənbə)
“Qarabağ” – “Kəpəz” – 62 oyun, +36=12-14, top fərqi 103-61
“Qarabağ” 37 oyundur uduzmur. “Kəpəz” son 5 matçda qol vurmayıb.
* - neytral meydanda keçirilib.
“Şamaxı” – “Qəbələ” – 60 oyun, +20=21-19, top fərqi 75-64
“Şamaxı” son 4 ev oyununda qələbə qazanmayıb. “Qəbələ” son iki matçda qol vurmayıb.
25 yanvar (bazar)
“Turan Tovuz” – “Sumqayıt” – 13 oyun, +5=4-4, top fərqi 17-15
“Turan Tovuz” son 6 qarşılaşmada qol vurub. Son 4 görüşdə qonaq olan komanda qalib gəlib.
“Sabah” - “Karvan-Yevlax” – 1 oyun, +1=0-0, top fərqi 2-0
Yeganə qarşılaşma I dövrəyə təsadüf edib. “Sabah” quruhesablı səfər qələbəsi qazanıb.



