
"Qarabağ"ın "Kəpəz", "Zirə"nin "Neftçi" qarşısında üstünlüyü
Bu həftə Misli Premyer Liqasında VII turun matçları keçiriləcək. Milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində baş tutacaq turun matçları üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
VII tur
3 oktyabr (cümə)
“Zirə” – “Neftçi” – 38 oyun, +15=9-14, top fərqi 41-44
“Zirə” son 5 oyunu qolsuz tərk etməyib. Son 3 matçda üç və ya daha çox top vurulub.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
“Araz-Naxçıvan”– “İmişli” - indiyədək qarşılaşmayıblar
4 oktyabr (şənbə)
“Qarabağ” – “Kəpəz” – 61 oyun, +35=12-14, top fərqi 102-61
“Qarabağ” 36 oyundur uduzmur və 4 matçdır qol buraxmır. Ağdam klubu son 3 ev görüşündə böyük hesabla qalib gəlib.
* - neytral meydanda keçirilib.
“Sumqayıt” – “Turan Tovuz” – 12 oyun, +4=4-4, top fərqi 15-14
“Turan Tovuz” son 5 qarşılaşmada qol vurub. Son üç görüşdə meydan sahibi olan komanda xal qazanmayıb.
5 oktyabr (bazar)
“Qəbələ” – “Şamaxı” – 59 oyun, +19=21-19, top fərqi 64-74
“Şamaxı” son 8 oyunda qələbə qazanmayıb. “Qəbələ” son iki ev matçında 2 top fərqi ilə qalib gəlib.
“Karvan-Yevlax” – “Sabah” - indiyədək qarşılaşmayıblar