"Qarabağ"ın "Kəpəz", "Neftçi"nin "Səbail" qarşısında üstünlüyü
Bu həftə Misli Premyer Liqasının XXXV turun oyunları keçiriləcək. Turun matçları üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istənadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XXXV tur
“Şamaxı” – “Araz-Naxçıvan” – 7 oyun, +2=1-4, top fərqi – 4-7
“Şamaxı” son 6 matçda yalnız texniki qələbə ilə 3 xal qazanıb. Texniki nəticə nəzərə alınmasa, “Araz-Naxçıvan” bütün oyunlarda qol vurub.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
“Qarabağ” – “Kəpəz” – 60 oyun, +34=12-14, top fərqi – 99-61
“Qarabağ” 35 oyundur uduzmur. “Kəpəz” son 3 matçda qol vurmayıb.
* - neytral meydanda keçirilib.
“Zirə” – “Sabah” – 26 oyun, +8=8-10, top fərqi – 28-31
“Zirə” son 4 görüşdə qol vurub. Son 3 qarşılaşmanın hərəsində 2 qol qeydə alınıb.
“Neftçi” – “Səbail” – 30 oyun, +22=6-2, top fərqi – 67-19
“Səbail” 23 oyundur qələbə qazanmır. “Neftçi” son 20 görüşdə qol vurub.
“Sumqayıt” – “Turan Tovuz” – 11 oyun, +4=4-3, top fərqi – 15-13
“Turan Tovuz” son 4 qarşılaşmada qol vurub. “Sumqayıt” son üç ev oyununda qalib gəlməyib.



