
"Qarabağ"ın futbolçusu: "3:3 hesabı daha ədalətli nəticə olardı"
“Qarabağ”ın və Monteneqro milli komandasının yarımmüdafiəçisi Marko Yankoviç Podqoritsada keçirilən yoldaşlıq oyununda Sloveniyaya 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Sportal.az “Vijesti.me” nəşrinə istinadən xəbər verir ki, Yankoviç milli komandasının uğursuz nəticəsi haqda bunları deyib:
"3:3 hesabı daha ədalətli olardı. Amma bu, bizim üçün ən vacib şey deyil. Məşqçi də, azarkeşlər də məğlubiyyətdən narazı ola bilər və bu normaldır, amma düşünürəm ki, oyunumuzda bir çox müsbət məqamlar var idi. İrəliləyiş gördük. Düzdür, bəzi səhvlər etdik və üç qol buraxdıq, amma eyni tempdə davam etsək, nəticələr olacaq. Avropa çempionatında mübarizə aparan və bir çox fürsətlər yaradan bir komandaya qarşı yaxşı oynadıq. Aydındır ki, təhlükəli ola və qol şansları yarada bilərik".



