"Qarabağ"ın forvardı: "Sabah"ı üstələmişdik, amma qələbə üçün nəsə çatmadı"

"Qarabağ"ın forvardı: "Sabah"ı üstələmişdik, amma qələbə üçün nəsə çatmadı"

 
0

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı ölkə kubokunun yarımfinal mərhələsinin “Sabah”la ilk matçı (2:2) barədə Sportal.az saytına açıqlama verib.

Ağdam klubunun futbolçusu komandasının finala vəsiqə qazanmaq şanslarından bəhs edib:

"Çətin, amma maraqlı oyun alındı. Komandamız yaxşı oynadı. Qələbəyə yaxın idik. Fikrimcə, “Sabah”ı üstələmişdik, amma qələbə üçün nəsə çatmadı. Cavab görüşü daha çətin olacaq. “Sabah” çox güclü komandadır. Tribunada fanatlar çox idi. Təbii ki, kubok görüşündə bu qədər azarkeş görmək də çox xoş oldu. Bu, rekord idi. Belə atmosferdə, bu cür atmosferdə oynamaq çox xoşdur".

Qeyd edək ki, bu klublar arasında cavab matçı aprelin 22-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...