Azərbaycanlı futbolçunun komandası növbəti qələbəsini qazandı

Azərbaycanlı futbolçunun komandası növbəti qələbəsini qazandı

 
0

Albaniya Superliqasında 30-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” “Biliş”lə qarşılaşıb.

Matç “Eqnatiya”nın 3:0 hesablı qələbəsilə başa çatıb. Əliyev meydana start heyətində çıxıb.

O, 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb və 79-cu dəqiqədə əvəzlənib.

“Eqnatiya” hazırda 54 xalla turnir cədvəlində 2-ci, “Partizani” isə 44 xalla 4-cü pillədədir.

PaylaşPaylaş

Şərhlər yüklənir...