"Qarabağ"da ciddi itki    - bir ay oynamayacaq

"Qarabağ"da ciddi itki - bir ay oynamayacaq

 
0

“Qarabağ” Avropa Liqasının əsas mərhələsinin 6-cı turunun “Elfsborq”ə qarşı keçirəcəyi oyun üçün Boras şəhərinə yollanıb.

Sportal.az xəbər verir ki, məşq zamanı zədələnən Bəhlul Mustafazadə komanda ilə İsveçə getməyib.

Müdafiəçi təxminən 1 aya yaxın oynamayacaq.

Xatırladaq ki, Ağdam təmsilçisi bundan əvvəl Aleksey İsayev və Kevin Medina da sıradan çıxmışdı.

“Elfsborq” – “Qarabağ” görüşü dekabrın 12-də “Borås Arena” stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...