"Qarabağ" braziliyalı futbolçu ilə yollarını ayırdı -    RƏSMİ

"Qarabağ" braziliyalı futbolçu ilə yollarını ayırdı - RƏSMİ

 
0

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2022-ci ildən "Qarabağ"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...