
"Qalatasaray" belçikalı yarımmüdafiəçini transfer etmək istəyir
0
"Aston Villa"nın yarımmüdafiəçisi Amadu Onana karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" belçikalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
İstanbul nəhənginin baş məşqçisi Okan Buruk Onananın xidmətində maraqlıdır. "Sarı-qırmızılar" dayaq yarımmüdafiəçisini yayda transfer etməyə çalışacaqlar.
"Mançester Yunayted" və "Barselona" da 24 yaşlı oyunçu ilə maraqlanır.
Qeyd edək ki, "Aston Villa" Amadu Onananı 2024-cü ilin yayında "Everton"dan 60 milyon avroya transfer edib. Belçika millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol vurub.



