
Argentina millisində ciddi itki - dünya çempionatında oynamayacaq
0
Argentina milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "Strasbur"un hücumçusu Xoakin Panikelli sıradan çıxıb. Bu barədə ESPIN televiziyası məlumat yayıb.
Panikelli məşq zamanı dizindən zədə alıb. 23 yaşlı forvard yayda keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Xoakin Panikelli cari mövsümdə "Strasbur"un heyətində meydana çıxdığı 39 rəsmi matçda 20 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Argentina yığmasının heyətində 1 oyun keçirib.



