
Premyer Liqada hakimlərin 30 tura 54 səhvi
İngiltərə Premyer Liqasında hakim səhvlərinin sayı ötən mövsümlə müqayisədə artıb.
Sportal.az xəbər verir ki, matç epizodlarını qiymətləndirən komissiya 14–16 mart aralığında keçirilən oyunlarda daha 4 səhv qeydə alıb. Ümumilikdə bu mövsüm hakimlər 30 turda 54 səhv ediblər.
Ötən mövsüm eyni mərhələdə bu göstərici 44 səhv idi (o cümlədən VAR müdaxilələri, müdaxilə etməli olduğu halda etmədiyi hallar və meydan hakimlərinin səhvləri).
2023/24 mövsümü: 30 turda 70 səhv
2024/25 mövsümü: 30 turda 54 səhv
VAR səhvləri isə 18 olaraq qalıb (keçən mövsümlə eyni göstərici).
Bu mövsüm:
25 meydan hakimi səhvi
15 VAR-ın müdaxilə etməməsi səhvi
11 ikinci sarı vərəqə ilə bağlı yanlış qərar
Qeyd olunur ki, VAR müdaxilələrinin sayı 89-dan 83-ə düşüb və qərarvermə prosesi daha sürətli olub, orta gecikmə 64 saniyədən 48 saniyəyə enib.



