
Premyer Liqa klubu 19 yaşlı vingeri transfer etdi - RƏSMİ
0
Tayler Dibling "Everton"a keçib.
Sportal.az xəbər verir ki, Liverpul klubu "Soutqempton"un qanad oyunçusunun transferini rəsmən açıqlayıb. Tərəflər 4 illik müqavilə imzalayıb.
"The Athletic" məlumat verir ki, transferin qiyməti 35 milyon funt-sterlinq təşkil edib. Həmçinin 5 milyon funtluq bonus ödənişləri də nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsümdə Premyer Liqada Dibling 33 oyunda iştirak edib və 2 qol vurub.



