Poqba "Mançester Siti" ilə danışıq aparır

Poqba "Mançester Siti" ilə danışıq aparır

 
0

Pol Poqba “Mançester Siti” ilə müqavilə imzalaya bilər.

Sportal.az “The Independent”ə istinadən xəbər verir ki, “şəhərlilər” Fransa millisinin sabiq yarımmüdafiəçisi ilə danışıqlara başlayıb.

Mançester təmsilçisinin məşqçilər korpusu 31 yaşlı futbolçuya zədəsini sağaltmaqda olan Rodrinin müvəqqəti əvəzləyicisi kimi görür.

Fransalı hazırda antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilmişdi.

PaylaşPaylaş

Şərhlər yüklənir...