
"Neftçi"nin veteran futbolçuları Berdiyevin komandasına qarşı
0
Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında oyun keçiriləcək.
Sportal.az xəbər verir ki, bu barədə AMF-nin mətbuat xidməti məlumat yayıb.
“Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” arasında oynanılacaq “Legends Cup” mayın 19-da Milli Gimnastika Arenasında təşkil olunacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.



