
"Neftçi"nin "Turan Tovuz", "Qarabağ"ın "Karvan-Yevlax" qarşısında üstünlüyü
Bu həftə Misli Premyer Liqasında XIII turun oyunları keçiriləcək. Turun matçları üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XIII tur
28 noyabr
“Turan Tovuz” – “Neftçi” - 13 oyun, +2=5-6, top fərqi 11-17
Son 5 qarşılaşmada meydan sahibi olan komanda qalib gələ bilməyib. “Turan Tovuz”un son üç ev oyununda hər iki komanda qol vurub.
“Kəpəz” – “Zirə” - 25 oyun, +3=8-14, top fərqi 17-41
“Zirə” son 7 oyunda qalib gəlib. “Kəpəz” son 6 matçda qol vura bilməyib.
29 noyabr
“Qarabağ” – “Karvan-Yevlax” - - 1 oyun, +1=0-0, top fərqi 2-0
Yeganə görüş cari mövsüm baş tutub. “Qarabağ” qol buraxmadan qalib gəlib.
“İmişli” – “Sabah” - 1 oyun, +1=0-0, top fərqi 1-0
Komandalar arasında yeganə oyunda “İmişli” qalib gəlib. “Sabah” rəqib qapısına qol vura bilməyib.
30 noyabr
“Qəbələ” – “Araz-Naxçıvan” - 5 oyun, +1=1-3, top fərqi 5-9
“Qəbələ” son 4 oyunda qol vurub. “Araz-Naxçıvan” bütün səfərlərdə qol buraxıb.
“Şamaxı” – “Sumqayıt” - 48 oyun, +21=14-13, top fərqi 66-49
“Şamaxı” son 5 matçda qol vurub. “Sumqayıt” son 2 səfərdə uduzub.



