"Neftçi"nin hücumçusu: "Hər oyun final kimi olacaq"

"Neftçi"nin hücumçusu: "Hər oyun final kimi olacaq"

 
0

"Neftçi"nin hücumçusu Vensan Abubakar Misli Premyer Liqasının XXVI turunda "Sumqayıt"(1:3) üzərindəki qələbəsindən sonra klubun televiziyasına açıqlama verib.

Sportal.az xəbər verir ki, təcrübəli hücumçu görüş haqda bunları deyib:

"Komanda çox yaxşı çalışır. Oyundan-oyuna özünəinam daha da artır. Bunu xüsusi vurğulamaq istəyirəm. Düşünürəm ki, eyni ruhda davam etməliyik. Qarşıdakı hər oyuna final kimi yanaşmalıyıq. Oyunda tək hücumçu ilə oynayırdıq, bu, asan deyil. Hər oyunu təhlil edib, yaxşılaşdıra bilərik. Qol epizodları çox yaradırıq, amma bəzən vura bilmirik. Məşqlərdə bunun üzərində çox çalışırıq. Qarşıdakı hər oyun final kimi olacaq. Çalışacağıq ki, oyunumuzu meydanda göstərək".

PaylaşPaylaş

Şərhlər yüklənir...