
"Neftçi"ni çalışdıracağı iddia edilən məşqçi Türkiyədə qalacaq
0
“Neftçi”nin baş məşqçi postuna namizədlərdən olan Abdullah Avcı Türkiyədə çalışacaq.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar”ın siyahısında olduğu iddia edilən 62 yaşlı məşqçi “Rizespor”la danışıq aparır.
Tərəflər arasında ilkin razılıq olduğu bildirilir.
"Başakşeher”, “Beşiktaş”, “Trabzonspor” və Türkiyə millisini çalışdırmış Avcının ölkəsində qalmağa üstünlük verəcəyi iddia edilir.



