"Neftçi" Misir klubuna qarşı

"Neftçi" Misir klubuna qarşı

 
0

"Neftçi" bu gün BƏƏ-nin Əbu-Dabi şəhərində toplanışı çərçivəsində ikinci yoxlama görüşünə çıxacaq.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Misir klubu "Piramids"lə üz-üzə gələcək.

Məhəmməd bin Zayed stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, "Neftçi" BƏƏ toplanışı çərçivəsində ilk matçında Qazaxıstanın "Kayrat" klubuna 3:0 qalib gəlmişdi.

Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv hazırlıq çərçivəsində sön matçını yanvarın 16-da Çinin "Çenqdu Ronqçenq" klubuna qarşı keçirəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...