Millimizin üzvünün sabiq komandası tanınmış futbolçularla anlaşdı

Millimizin üzvünün sabiq komandası tanınmış futbolçularla anlaşdı

 
0

Portuqaliyanın “Boavişta” klubu heyətini tanınmış futbolçularla gücləndirib.

Sportal.az xəbər verir ki, portuqallar “Çelsi”nin sabiq futbolçusu Marko Van Ginkel və Fransa millisi, həmçinin PSJ-də də çıxış etmiş Layven Kurzava ilə anlaşıb.

Porto təmsilçisinin digər transferi isə Mussa Konedir. Hər üç futbolçu “Boavişta”ya azad agent statusunda keçib.

Qeyd edək ki, “Boavişta”da millimizin hazırkı üzvü Emin Mahmudov və yığmamızın veteran qapıçısı Kamran Ağayev çıxış edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...