
Millimizin üzvü: "Fransa ilə matçda ölkəmiz və azarkeşlərimiz üçün oynamalıyıq"
0
Azərbaycan milli komandasının hücumçusu Rüstəm Əhmədzadə DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə Bakıda keçirilmiş D qrupunun oyunu (0:2) haqda danışıb.
Sportal.az saytına açıqlama verən yarımmüdafiəçi bu görüşdəki məğlubiyyəti bu cür şərh edib:
"Təəssüf ki, İslandiyaya uduzduq. Qalib gəlmək istəyirdik. Belə istəyimiz var idi. Azarkeşlərin dəstəyini görmək, hiss etmək xoş oldu. Ən azı bir xal qazanmağı hədəfləyirdik. Sadəcə, uğursuzluğa düçar olduq və bəzi uğursuzluqlar yaşadıq. Tsikli Fransaya qarşı ev oyunu ilə başa vururuq. Ölkəmiz və azarkeşlərimiz üçün oynamalıyıq. Azarkeşlərimiz üçün oynaya biləcəyimizi göstərməliyik".



