
Millimizin toplanışına görə oyunlar təxirə salındı
0
2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 Milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
Sportal.az xəbər verir ki, toplanış 13-26 aprel tarixlərini əhatə edəcək.
AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potensial futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək. Belə ki, Əvəzedicilər Liqasının 13 aprel tarixdə keçiriləcək oyunlarından sonra yarışda iki həftəlik fasilə yaranacaq.
Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək.



