"Bavariya" çempionat oyununa Keynsiz çıxacaq

"Bavariya" çempionat oyununa Keynsiz çıxacaq

 
0

"Bavariya" Almaniya Bundesliqasının 28-ci turunun "Frayburq"la matçına ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, Harri Keyn sabah baş tutacaq səfər oyununda komandaya kömək edə bilməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

32 yaşlı forvard İngiltərə millisinin düşərgəsində yüngül zədə alıb. Təcrübəli hücumçunun gələn həftə "Real"la keçiriləcək UEFA Çempionlar Liqası oyununa qədər hazır olacağı gözlənilir.

Qeyd edək ki, Harri keyn bu mövsüm "Bavariya"nın heyətində  meydana çıxdığı 40 rəsmi matçda 48 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...