
Millimizin İslandiya və Fransa ilə ev oyunlarının yeri məlum oldu
0
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.
Millimizin Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Hər iki matça saat 21:00-da start veriləcək.



