Millimizi 1/4 finala yüksəldən qələbə

Millimizi 1/4 finala yüksəldən qələbə

 
0

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunları baş tutub.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası Rumıniya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/4 finala yüksəlib. Yığmamız bu raundda İngiltərə ilə qarşılaşacaq.

Dünya çempionatı

1/8 final

20:30. Azərbaycan - Rumıniya - 1:1, p. 3:1

Qollar: Ramiz Çovdarov, 29 - Robi Mariuş, 13

PaylaşPaylaş

Şərhlər yüklənir...