Millimiz FIFA reytinqində irəlilədi

Millimiz FIFA reytinqində irəlilədi

 
0

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 3 pillə irəliləyib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1136.67 əmsalla 124-cü yerdədir.

Yığmamızın UEFA Millətlər Liqasında rəqibləri Litva 148-ci, Lixtenşteyx isə 206-cı pillədədir.

DÇ-2026-nın final mrəhələsinə vəsiqə qazanan Türkiyə seçməsi 1599.04 xalla 22-ci sıradan qərarlaşıb. Bu, "ay-ulduzlular" üçün son 9 ilin ən yaxşı göstəricisidir.

İlk "10-luq" belədir:

1. Fransa

2. İspaniya

3. Argentina

4. İngiltərə

5. Portuqaliya

6. Braziliya.

7. Niderland

8. Mərakeş

9. Belçika

10. Almaniya

PaylaşPaylaş

Şərhlər yüklənir...