"İnter"in prezidenti İtaliya Futbol Federasiyasının rəhbəri ola bilər

"İnter"in prezidenti İtaliya Futbol Federasiyasının rəhbəri ola bilər

 
0

"İnter"in prezidenti Cüzeppe Marotta İtaliya Futbol Federasiyasının yeni rəhbəri ola bilər.

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Marko Konterio məlumat yayıb.

İtaliya milli komandası ardıcıl üçüncü dəfə Dünya çempionatına vəsiqə qazana bilmədikdən sonra ölkədə futbol sistemində radikal dəyişikliklərin zəruriliyi barədə müzakirələr başlayıb.

Federasiyanın hazırkı prezidenti Qabriele Qravina istefa verməkdən imtina edib. Lakin onun taleyinə gələn həftə Federal Şura qərar verəcək.

Qravinanı əvəz edə biləcək namizədlər arasında Cüzeppe Marotta ilə yanaşı, İtaliya Milli Olimpiya Komitəsinin sabiq prezidenti Covanni Malaqo (o, həmçinin 2026-cı il Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə rəhbərlik edib), "Lega Pro"nun prezidenti Matteo Marani və CONI-nin hazırkı katibi Karlo Mornati də yer alır.

Qeyd edək ki, Qabriele Qravina 2018-ci ilin oktyabrından etibarən İtaliya Futbol Federasiyasına rəhbərlik edir. Onun gələcək taleyi ilə bağlı qərarın isə növbəti həftə ərzində veriləcəyi gözlənilir.

PaylaşPaylaş

Şərhlər yüklənir...