
Yarımfinal mərhələsi rəqəmlərin gözü ilə - Azərbaycan Kuboku
Bizon Azərbaycan Kubokunda 1/2 final mərhələsi start götürəcək. İlk oyunlar eyni gündə baş tutacaq.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Bizon Azərbaycan Kuboku
1/2 final
3 aprel (cümə)
“Turan Tovuz” – “Zirə” – 2 oyun, +0=0-2, top fərqi 1-3
Komandaların əvvəlki duelləri 1/8 finalda bir oyundan ibarət olub. Hər iki matçda “Zirə” minimal fərqlə qalib gəlib.
2016/17 1/8 final Turan Tovuz - Zirə (Bakı) 0:1
2023/24 1/8 final Zirə (Bakı) - Turan Tovuz 2:1
“Qarabağ” – “Sabah” – 3 oyun, +1=0-2, top fərqi 12-8
Ardıcıl üçüncü mövsümdə görüşəcək rəqiblər bu dəfə yarımfinalda üz-üzə gələcək. Əvvəlki üç matçda hər iki komanda qol vurub.
2023/24 1/4 final Sabah (Bakı) - Qarabağ (Ağdam) 1:7, 4:3
2024/25 final Qarabağ (Ağdam) - Sabah (Bakı) 2:3, ə.v.



