"Milan" seneqallı hücumçunu transfer etmək istəyir

"Milan" seneqallı hücumçunu transfer etmək istəyir

15:57 - 9 Aprel 2026
💬 0

"Bavarariya" "Çelsi"dən icarəyə götürdüyü Nikolas Ceksonla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi seneqallı hücumçunun transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Cekson karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. "Milan" 24 yaşlı forvardın xidmətində maraqlıdır. "Rossonerilər" futbolçunu satınalma bəndi ilə icarəyə götürmək istəyir.

"Milan"In nümayəndələri artıq "Çelsi" ilə ilkin danışıqlarla başlayıb.

Qeyd edək ki, "Bavariya" Nikolas Ceksonu mövsümün əvvəlində icarəyə götürüb. Seneqal millisinin üzvü Münhen təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş:

Şərhlər (0)

Şərh yazmaq üçün daxil olun

Hələ şərh yoxdur