"Sabah"ın futbolçusunun durumuna aydınlıq gəldi - "Araz-Naxçıvan"la görüşdə zədələnmişdi
12:48 - 9 Aprel 2026
“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevin Misli Premyer Liqasının 26-cı turunda “Araz-Naxçıvan"la (4:2) görüşdə aldığı zədənin o qədər ciddi olmadığı dəqiqləşib.
Sportal.az xəbər verir ki, İsayev həmin görüşün ilk hissəsindən sonra əvəzlənib və stadionu da axsayaraq tərk edib.
Buna baxmayaraq, həkimlər ciddi problem aşkar etməyiblər.
İsayevin yaxın günlərdə meydana qayıdacağı gözlənilir.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Hələ şərh yoxdur