"Meydanda görmək istəmədiyim bəzi oyunçularım var" -    Mourinyo

"Meydanda görmək istəmədiyim bəzi oyunçularım var" - Mourinyo

 
0

"Benfika" Portuqaliya Premyer Liqasının 28-ci turunda səfərdə "Kaza Piya" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqisi Joze Mourinyo matçdan sonra maraqlı açıqlama verib. 63 yaşlı mütəxəssis bəzi futbolçuları sərt şəkildə tənqid edib:

"Düzünü deyim, meydanda görmək istəmədiyim bəzi oyunçularım var. Artıq onların forma geyinməsini istəmirəm. Amma onlar bu klubun futbolçularıdır. Onları satmaq istəsəm belə, bazar dəyərlərini qorumaq məcburiyyətindəyəm. Sırf satmaq asan olsun deyə onları oynadıram".

Qeyd edək ki, "Benfika" Portuqaliya çempionatında 28 turdan sonra 66 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Onlar lider "Portu"dan 7 xal geri qalırlar.

PaylaşPaylaş

Şərhlər yüklənir...