"Mançester Yunayted"də qalmaq üçün maaşının azaldılmasına razı oldu

"Mançester Yunayted"də qalmaq üçün maaşının azaldılmasına razı oldu

12:22 - 9 Aprel 2026
💬 0

Harri Maquayr "Mançester Yunayted"lə müqavilə müddətini 2028-ci ilin iyun ayına qədər artıraraq, bir mövsüm də komandada qalmaq istəyir.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını klubda davam etdirmək üçün əvvəllər həftədə 190.000 funt sterlinq olan maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verib.

Bundan əlavə, oyunçu “İnter Mayami" də daxil olmaqla digər klubların sərfəli təkliflərini rədd edib.

33 yaşlı futbolçu 2019-cu ildə “Lester”dən “Mançester Yunayted”ə keçib. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Paylaş:

Şərhlər (0)

Şərh yazmaq üçün daxil olun

Hələ şərh yoxdur